Müstəqilliyimizə həsr olunan möhtəşəm KONSERT: Əməkdar artist Gürcüstan səhnəsini FƏTH ETDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

28 May – Müstəqillik Günü münasibətilə Gürcüstanda keçirilən dövlət tədbirində musiqimizi ustad xanəndə, Prezident mükafatçısı, Əməkdar artist Təyyar Bayramov təmsil edib.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında xanəndə özü bildirib:

“Səfər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyi və digər rəsmi şəxslərlə birgə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünü ziyarət etdik. Büstün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdik. Daha sonra Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi panteonu ziyarət etdik.

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramımız oldu. Konsertdə muğam və xalq mahnılarımızı təqdim etdik. Azərbaycan musiqisi qardaş ölkədə coşğu ilə qarşılandı”

Tədbir çox möhtəşəm və yüksək səviyyədə keçdi. Buna görə hörmətli səfirimiz Faiq Quliyevə təşəkkürümü bildirirəm.

Konsertdən video və fotoları təqdim edirik:

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05