!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Muzdlu” konqresmenlərin SANKSİYA ÇAĞIRIŞI: “Onlar artıq başa düşməlidirlər ki...”

!Reklam – Yazi

“Sadəcə, maliyyə ödənişinə görə kiminsə müdafiə olunması ədalətli mövqe sayıla bilməz”.

Bu fikirləri bir qrup ABŞ konqresmeninin Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına dair təşəbbüsünə münasibət bildirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ABŞ konqresmenləri Azərbaycanla təzyiq dilində danışmağın mümkün olmayacağını artıq anlamalıdırlar:

“Bildiyiniz kimi, ABŞ Konqresində lobbiçilik qanuniləşdirilib və məlumdur ki, kim onlara sanballı maliyyə verirsə, onu da dəstəkləyirlər, maraqlarını müdafiə edirlər. Onlar lobbiçiliyi hər nə qədər qanuni fəaliyyət olaraq göstərməyə çalışsalar da, bu əslində, rüşvətxorluğun özünəməxsus bir formasıdır. Yəni sadəcə, müəyyən maliyyə ödənişinə görə kiminsə müdafiə olunması ədalətli mövqe sayıla bilməz.

O zaman bizim diasporun ən tanınmış simalarından olan Tomris Azəri demişdi ki, ABŞ konqresmenlərinə qarşıdurann tərəflərdən biri yüz min dollar verirsə, onu dəstəkləyərilər. Digər tərəf yüz iyirmi min dollar verdikdə isə dönüb onu müdafiə edirlər. O baxımdan, konqresmenlərin Azərbaycana yönəlik bu çağırışları çox absurd davranışdır.

Digər tərəfdən, Azərbaycan dövləti dünyaya dəfələrlə nümayiş etdirib ki, onunla təzyiq dilində danışmaq mümkün deyil. Baxın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün necə səbr və təmkin göstərdi. Ölkəmizin hərbi qüdrəti öz yerində, amma biz dünyaya həm də ağıllı, təmkinli siyasət yürütmək bacarığımızı nümayiş etdirdik.

Münaqişənin dinc vasitələrlə həllinə çalışsaq da, ortaya qoyulan beynəlxalq mexanizmlərin heç biri işləmədi, BMT-nin məlum qətnamələri yerinə yetirilmədi, əksinə, Azərbaycanı işğalla barışmağa sövq etməyə cəhdlər oldu. Bu cəhdlərindən indi də əl çəkmək istəmirlər. Ancaq buna son qoymaq lazımdır. Konqresmenlər də artıq başa düşməlidirlər ki, Azərbaycanla güc dilində danışmaq olmaz. Ona görə də ölkəmizə qarşı yönələn o təşəbbüslərin baş tutacağını düşünmürəm”.

A.Zeynalov

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv