!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Naxçıvanla Ermənistan sərhəddindəki yüksəklikləri düşməndən təmizlədik” - Hərbi ekspert

!Reklam – Yazi

Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin üstündə olan təpələri tutaraq neytralı irəli çəkməsi barədə erməni KİV-lərinə xəbər yayılmışdı.

Hətta bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlamasında bildirmişdi ki, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir.

Bu gün isə erməni tərəfi Azərbaycanın yeni mövqelərinin fotolarını yayımlayıb.

Yeni mövqelərin qurulması ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib:

“Naxçıvan 1921-ci ildə Qars müqaviləsi ilə təsdiq edilib. Rusiya və Türkiyə arasında bağlanan müqavilə Azərbaycan, Ermənistan, Gürcüstan parlamentləri tərəfindən təsdiqini tapıb. Buna baxmayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayarkən bu cür provokasiyon hərəktlər Dağlıq Qarabağdan başqa Naxçıvan ərazisində də olub. Hazırda işğalda olan Kərki kəndi hələ SSRİ dövründə ermənilər tərəfindən işğal olunub və adı dəyişdirilərək Tiqranasen qoyulub”.

Günnüt kəndinin üstündəki mövqelərin geri qaytarılmasına münasibət bildirən hərbi ekspert deyib ki, 1992-ci ildə bu kənd ermənilər tərəfindən təcavüzə məruz qalıb:

“Həmin döyüşlər zamanı bir nəfər polis çavuşumuz da şəhid olmuşdu. Sonra indi geri aldığımız yüksəklik ermənilərin əlində olduğu üçün kənd köçmək məcburiyyətində qalmışdı. Düzdür, kənd işğal altında deyildi, ancaq yüksəklik ermənilərdə olduğu üçün kənddə yaşamaq mümkün deyildi. Prezident İlham Əliyevin Naxçıvana səfərindən və Ermənistanda baş verən hadisələrdən sonra erməni tərəfi diqqət yayındırmaq üçün təxribatlar törədəcəkdi. Bunun üçün də ən münasib yer bu yüksəklik idi. Buna cavab olaraq ordumuzun Xüsusi Təyinatlı Qüvvələri əməliyyat keçirərək inzibati cəhətdən bizim ərazimiz olan yüksəkliyi düşməndən təmizlədi”.

Bu yüksəkliyin verdiyi üstünlüyə toxunan Tərlan Eyvazov qeyd edib ki, artıq onlar yox, Azərbaycan ordusu Ermənistanın bəzi yerlərinə həmin yüksəklik vasitəsi ilə nəzarət edir:

“Əvvəl erməni tərəfi Naxçıvan ərazisinə nəzarət edirdisə, artıq bu üstünlük bizdədir. Düzdür, ermənilər indi hay-küy salaraq Rusiyanı, KTMT-ni ayağa qaldırmaq istəyirlər, ancaq onlar bilməlidir ki, həmin ərazi məhz elə erməni parlamenti tərəfindən də Azərbaycan ərazisi kimi təsdiq edilib”.

Qeyd edək ki, Azərbaycan tərəfinin tutduğu mövqelərə görə, Ermənistanın Areni kəndində çaxnaşma yaranıb və ermənilərin kəndi tərk etdiyi deyilir.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3296
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv