Müğənni Nadir Qafarzadənin sosial şəbəkədə izləyiciləri ilə salamlaşdığı video müzakirələrə səbəb olub. Onun içkili olduğu, özünü stilist Samiraldoya bənzətdiyi barədə sosial şəbəkədə xəbərlər yayılıb.
Bu isə müğənnini özündən çıxarıb. Yenicag.az-a açıqlama verən N.Qafarzadə haqqında yazılanlara sərt reaksiya verib:
“Məni sərxoş adlandıranlara və Samiraldoya bənzədənlərə səslənirəm, Allah sizi öldürsün, bəsdirin məni özümdən çıxardınız. Birincisi, mən sərxoş deyildim, ikincisi Samiraldoya nə olub? Camaat onunla şəkil çəkdirmək üçün növbəyə düzülür. Mən bu insanların əlindən öz profilimdə nəsə paylaşa bilmirəm. Bu saat arvadımı da götürüb, hər şeyə tüpürüb çıxıb gedərəm, amma ailəm getmir. Bu xəstə, savadsız cəmiyyətdə yaşamaqdan bezdim. Mən onsuz da pulumu qazanıb, kefimi çəkəcəyəm, elə o şərəfsizlər dilənçi kökündə qalacaqlar, arxamca danışıb, yanıb-töküləcəklər. Nə istəyirlər danışsınlar, onsuz da danışıb-danışıb yorulacaqlar”.
Cəvahir
www.yenicag.az