Nadirdən oğlanlarına QADAĞA: “Bunu etsəniz, xəcalətdən ölüb yerə girərəm”

media-hightechnic-468x90

 

“Oğlanlarıma demişəm, elə edin, sizə görə polis mənə zəng etməsin, dalınızca gəlməyəcəyəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Həmin Zaur” verilişində deyib.

Sənətçi oğlanları ilə qabaqcadan şərt kəsdiyini bildirib:

“Oğlanlarıma əvvəlcədən demişəm, elə yaşayın ki, sizə görə başım aşağı olmasın. Elə edin, heç vaxt sizə görə polis mənə zəng etməsin. Əgər zəng etsə, dalınızca gəlməyəcəyəm, bunu birdəfəlik bilin. Çünki siz polisə düşsəniz, mən ata kimi xəcalətdən ölüb yerə girərəm. Şükür Allaha, hələ ki bu günə qədər məni başıaşağı edən hərəkətləri olmayıb, olmasın da. İki oğlum var; Əziz ailəlidir, həyat yoldaşı da, özü də ibadət əhlidir. Namaz qılıb, oruc tuturlar. Loğman da nişanlıdır”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600