Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

media-hightechnic-468x90

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05