!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NASA Şamaxı rəsədxanasından istifadə edir

!Reklam – Yazi

Şamaxı rəsədxanasından əldə edilən məlumatlar Günəşin tədqiq olunması üçün ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən istifadə olunur.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə NASA-nın günəş-yer fizikası departamentinin rəhbəri Nat Qopalsvami deyib.

Onun sözlərinə görə, Şamaxı rəsədxanası NASA-nın məlumat əldə etdiyi bir çox astronomiya komplekslərindən biridir:

“Əldə olunan məlumatlar Günəşin öyrənilməsi üçün istifadə olunur. Azərbaycan inkişaf kosmik sahəsi olan ölkələr arasına uğurla daxil olub. Kosmos bizi birləşdirir və mən hesab edirəm ki, Azərbaycanın təşəbbüsü xüsusilə faydalıdır”.

N.Qopalsvami bildirib ki, Azərbaycan Kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulub və konfrans və seminarlarda fəal iştirak edir. Ümumilikdə bu təşəbbüsdə 80 ölkə yer alır.

www.yenicag.az

1839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv