“ABŞ “Ortamənzilli nüvə başlıqlarının ləğvinə dair müqavilə”dən Rusiyanın illərdir davam edən pozuculuq siyasətinə görə ayrıldı”.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
Stoltenberq, Brüsseldəki NATO qərargahında təşkil etdiyi mətbuat konfransında, Orta mənzilli Nüvə baçlıqlarına dair müqavilənin əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda ABŞ-ın hər zaman bu razılaşmanın tələblərini yerinə yetirdiyini diqqətə çatdırıb.
“Rusiyanın müqaviləyə ciddi yanaşmadığını görürük. İllərdir müqaviləni pozan Rusiyanın davranışları sonunda ABŞ-ın müqavilədən çıxma qərarı alması ilə nəticələndi” – deyə baş katib bildirib.
“Biz yeni bir soyuq müharibə və ya silah yarışını istəmirik” – deyə katib sözlərinə davam edib.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da müqvilədən çəkilmə səbəblərini açıqlayarkən bunu birbaşa Rusiyanın müqavilənin şərtlərini yerinə yetirməməsi ilə əlaqələndirmişdi.
Həşim Səhrablı