Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NATO PA-nın prezidenti: “Dövlətlərin ərazi bütövlüyünün qorunması NATO üçün mühüm əhəmiyyət kəsb edir”

Dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bizim üçün ən vacib şərtlərdən biridir”.

Yenicag.Az “Report”a  istinadən  xəbər verir ki, bunu NATO Parlament Assambleyasının prezidenti Paolo Alli assambleyanın Tbilisidə keçirilən yaz sessiyasında deyib. O vurğulayıb ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir. Mayın 29-da NATO Parlament Assambleyasının yaz sessiyasının geniş iclasında çıxış edən assambleyanın prezidenti Paolo Alli Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan danışıb və bildirib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.
NATO dövlətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında müəyyən olunmuş ərazi bütövlüyünün dəstəkləyir.

P.Alli çıxışında NATO-nun xərclərinin artırılmasının vacibliyini vurğulayıb və deyib ki, yaxın gələcəkdə NATO-ya üzv ölkələr ümumi daxili məhsulun 2 faizi həcmində üzvlük haqqı ödəməli olacaqlar.
Sonra o, kibercinayətkarlığa, dezinformasiyalara qarşı mübarizə, ərzaq və iqlim dəyişikliyi, iqtisadi təhlükəsizlik və s məsələlərdən danışıb. Bütün dövlətləri birliyə dəvət edib.

Sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edib, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, silahlı qüvvələrin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, bu sessiyada “Gürcüstanın Avroatlantik inteqrasiyasının dəstəklənməsi” bəyannaməsi qəbul olunacaq.

 

Yenicag.Az

www.yenicag.az

451
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100