Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa