Naxçıvanda ehtiyat DATA Mərkəzi yaradılacaq

media-hightechnic-468x90

Naxçıvan MR-da ehtiyat DATA Mərkəzinin yaradılması nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

“Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının “gov.az” zonasına köçürülməsi üçün işlər aparılır. Ehtiyatlar bizim Data Mərkəzimizə köçürüləcək. Hələ ki, 11 resursun köçürülməsi planlaşdırılır. Bu işlər orada audit bitdikdən sonra həyata keçiriləcək. Gələn il isə qalan resurslar “gov.az” zonasına köçürüləcək. Amma Naxçıvanın avtonom statusunun olması nəzərə alınaraq orada da ehtiyat Data Mərkəzi yaradılacaq”, – deyə o qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600