Naxçıvanda qəza - 4 nəfər xəsarət aldı
Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.












