Şairə Nazilə Səfərli bir müddət öncə qazancı barədə verdiyi açıqlaması ilə ailəsinə söz-söhbət saldığını deyib.
Bu barədə Yeniçağ.Az-a açıqlama verən şairə bildirib ki, qadınların öz maddi qazanclarından danışması kişilərdə qıcıq doğurur:
“Adətən, bir çox məşhur xanımların qazancları ilə bağlı verdiyi açıqlamalar onların həyat yoldaşlarını qıcıqlandırır. Mən də bir dəfə bu barədə danışdım, həyat yoldaşımın xoşuna gəlmədi, evimə söz-söhbət düşdü.
Bu söz-söhbət tək bizim deyil, eyni halı yaşayan qadınlarımızın da ailəsində yaranır. Bir çox qadınlar evdə söz-söhbət düşməsin deyə, qazanclarının ərlərinin qazancından çox olduğunu gizlədirlər. Amma kişi az pul qazandığı üçün onu incitmək olmaz.
Elə kişi var ki, qazancı az olsa da, daxilən çox zəngindir. Evdə sərvət quşu bir adamın başına qonar. Qadın evə az pul gətirən kişidən boşanası deyil ki… Qadın pulunun azlığından-çoxluğundan asılı olmayaraq, hər zaman həyat yoldaşına dəyər verməlidir”.
Cəvahir Səlimqızı
Yeniçağ.Az
www.yenicag.az