Azad Rəhimov, federasiya prezidenti ilə görüşüb
Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Junla görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə noyabrın 13-də Bakıda start götürəcək Kompüter oyunları üzrə VI Dünya çempionatı ətrafında müzakirələr aparılıb.
A. Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini, busahədə nazirlik tərəfindən hər il respublika üzrə yarışların keçirildiyini, Bakının BMT TəhlükəsizlikŞurası Model Konfransına ev sahibliyi etdiyini bildirib: “Ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”.
Öz növbəsində B. Jun bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq ayırır: “Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq Kompüter oyunları üzrə VI Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”.(apa)