Nazir hazırlıq məşqlərini izlədi-Fotolar

media-hightechnic-468x90

d4c0a4ef6146e824fdd0738ff4d35699Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

Döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.

Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tank əleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlar verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600