Nazir: "Ölkədə pandemiya şəraiti nəzarət altındadır" - FOTO

media-hightechnic-468x90

Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin sayəsində pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji platformalar əsasında hazırlandığı bütün peyvəndlərlə təmin edilib: “Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”.

Görüş zamanı nazir həmçinin ölkəmizdə rəqəmsal və innovativ texnologiyalardan istifadə, səhiyyə sistemində aparılan islahatlar haqqında məlumat verib.

Müharibədə iştirak edən şəxslərin və ailə üzvlərinin psixoloji və posttravmatik reabilitasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin işğalından azad edilmiş və digər ərazilərdə tibbi infrastrukturun bərpası, səhiyyə müsəssisələrində yeni texnologiyaların tədbiq edilməsi müzakirə olunub.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa