Nazir özünü güllələyərək intihar edib

media-hightechnic-468x90

4110a04043021132e24d1e1c817ccb74Rusiyada nazir intihar edib.

Hadisə Rusiya Federasiyasının Mari El Respublikasında baş verib. Respublikanın daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün öz kabinetində intihar etdiyi bildirilir.

Qeyd olunub ki, nazir bu gün işə gələndən sonra onun kabinetində atəş səsi eşidilib. General-mayorun xidməti otağında özünü vurduğu bildirilir.

Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda Vyaçeslav Buçnevin dekabrın 26-dan məzuniyyətdə olduğu, onun məzuniyyətinin yanvarın 8-də başa çatacağı da açıqlanıb. V. Buçnev məzuniyyətdə olmasına baxmayaraq, müntəzəm olaraq işə gəlib-gedirmiş. Hazırda fakt üzrə araşdırma aparılır.

V. Busnev 2011-ci ildən Mari El Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl Vyaçeslav Buçnev Kirov rayonunun Polis Şöbəsinin rəisi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600