Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNATLAR

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad edilib.

media-banner_tkm

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazir Muxtar Babayevin müvafiq əmr ilə idarənin rəisi Şakir Quliyev işdən çıxarılıb.

Nazirin digər əmri ilə, Şakir Quliyev 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.
1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə Ceyhun Həsən oğlu Hüseynov təyin edilib. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05