Nazir Seymur Əfəndiyevi bu rayona rəis təyin etdi

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik leytenantı Seymur Əfəndiyev Goranboy Rayon Polis Şöbəsinin Əməliyyat üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən gün Daşkəsən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilərək, Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600