Nazir vətəndaşlarla görüş keçirdi

media-hightechnic-468x90

d8bd528bdf3be82898128ede7d4e7744Səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabadda vətəndaşlar üçün qəbul keçirib. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, qəbula müraciət etmiş 50 nəfər Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakini müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini əvvəlki rayonlarda olduğu kimi, xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

(lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600