!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.

“Qaynarinfo”nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə İlham Aqil oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev 32.5, 308.2, 32.5, 311.3.3-cü maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) etdiyinə görə həbs edilib.
Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının müdiri Fazil Elman oğlu Əkbərov vəzifəsindən azad edilərək həmin filialda müdirin müavini təyin edilib. Qarabağ regional filialının müdiri vəzifəsinə Elnur Əhəd oğlu Həsənov gətirilib.

Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının müdiri Anar İsmayıl oğlu Hüseynov vəzifəsindən azad edilib. Onun yerinə Həzrət Babaverdi oğlu Orucov gətirilib.

Mövzu ilə əlaqədar

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv