Nazirlikdən ciddi xəbərdarlıq

media-hightechnic-468x90

e2acd91a8b313f24bee4b6b26683cb54Bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandırıb.

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin bu gün valyuta məzənnələrində dəyişikliklərlə bağlı qərarı ilə əlaqədar məlumat yayıb. Yenicag.az lent.az-a istinadən bildirir ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə isə, bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandıraraq, satdıqları məhsulların qiymətini dəyişirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600