!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarını Rusiya və Səudiyyə Ərəbistanı xilas edir? – Qiymətlərdə artımın pərdəarxası

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih və rusiyalı həmkarı Aleksandr Novak Pekində neft hasilatının azaldılması barədə sazişin müddətinin bu ilin ortalarında 2018-ci il mart ayının sonuna qədər uzadılacağını bildiriblər.

Yeniçağ.az OilGas.az-a istinadən xəbər verir ki, “İki nazir arzuolunan məqsədə – bazarın stabilliyi və neft məhsularının beşillik orta səviyyəyə qədər azaldılmasına nail olmaq üçün mümkün olan hər şeyi etməyə razılaşıblar. Eləcə də neft istehsalçılarının bazarın stabilliyini təmin etməkdə qərarlı olduqlarını vurğulayıblar”, – deyə məlumatda qeyd olunub.

Bu açıqlamalar fonunda dünya birjalarında neftin qiymətində artım müşahidə olunub.

Qeyd edək ki, ötən il OPEC və kartelə daxil olmayan 11 ölkə neft qiymətlərinin yüksəlməsi və bazarda stabillik əldə etmək üçün neft hasilatının azaldılması barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün bağlanıb, lakin müddətinin uzadılması ehtimalı nəzərdə tutulub.

May ayının 24-25-də Vyanada sazişin müddətinin uzadılıb-uzadılmayacağı müzakirə olunacaq. Bu zaman sazişə daha çox ölkələrin qoşulacağı və müddətin 3-6 ay deyil 9 ay müddətinə uzadılacağı ehtimal edilir.

Birlikdə dünya neft təlabatın beşdə birinə – gündəlik təxminən 20 milyon barel neftə nəzarət edən Səudiyyə Ərəbistanı və Rusiyanın qərarlılığı bazarda vəziyyətin daha yaxşı olacağına dair ümid yaradır. Buna tək mane olan tərəf isə ABŞ-dır. Sazişdə iştirak etməyən ABŞ 2016-cı illə müqayisədə gündəlik neft hasilatını 10%-dən daha çox artırıb.

Yeniçağ.az

COP29

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv