Bu gün saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında qarşıdurma baş verib. Nəticədə, Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. Azər Xalıqov hadisə yerindəcə ölüb.
Yenicag.az-a etibarlı mənbədən verilən məlumata görə, hadisə Anar Əsgərovun yaşadığı otaqda baş verib. Azər Xalıqov Anarın otaq yoldaşı olub. Süfrə başında oturan neftçilərin səxsi söhbət zəminində sözləri çəp gəlib. Mənbənin dediyinə görə, hadisə zamanı hər iki neftçi sərxoş olub.
Qeyd edək ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
www.yenicag.az