Neft sahəsi özəlləşdirilsin?

media-hightechnic-468x90

oil-dollarVüqar Bayramov: “Yeni bir yerli şirkətin formalaşaraq neft hasilatı ilə məşğul olması indiki halda iqtisadi baxımdan əlverişli deyil”

Bazar iqtisadiyyatının daha dərindən oturuşduğu ölkələrdə neft hasilatı ilə bir deyil, bir neçə özəl şirkət məşğul olur. Hətta həmin ölkələrdə, bp, Statoil kimi iri özəl şirkətlər var. Rusiyanın özündə bu prosesi bir neçə özəl şirkət həyata keçirir. Azərbaycanda isə hasilat yerli şirkətlər arasında bütünlüklə ARDNŞ-ın əlindədir. Bu isə həmin sahədə yerli rəqabət mühitinə imkan vermir. Görəsən, artıq ölkəmizdə də neft sahəsinə özəl sektorun cəlb olunmasına keçməyin vaxtı çatmayıbmı?

vuqarbayramovYenicag.az-a açıqlamasında İqtisadiyyat və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, hələlik bu istiqamətdə addım atmağın tez olduğu qənaətindədir: “Neft hasilatı yüksək texnologiya tələb edən istehsal sahəsidir. O baxımdan Azərbaycanda neftin hasil edilməsində  deyil, benzinin ölkəyə gətirilməsində rəqabətin gücləndirilməsinə ehtiyac var. Neft hasilatı çoxlu vəsait tələb edir və praktik olaraq yeni bir yerli şirkətin formalaşaraq neft hasilatı ilə məşğul olması indiki halda iqtisadi baxımdan əlverişli deyil. Bu həm də rentabelli görünmür. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda yeni yerli şirkətin yaranaraq, neft hasilatı ilə məşğul olacağı inandırıcı görsənmir. Xərclər yüksək olduğundan buna getmək iqtisadi baxımdan rentabelli deyil. O baxımdan hasilat prosesində yerli rəqabətin yaranmasını xərc çoxluğu üzündən məqsədəuyğun hesab etmirəm. Eyni zamanda, ölkəyə benzin idxalında rəqabətin gücləndirilməsinə, yerli şirkətlərdən bu istiqamətdə istifadəyə ehtiyac var. Bunun baş verməsi imkan verəcək ki, neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycana idxal edilən benzinin qiymətində enmələr müşahidə edilsin”.

Rüfət

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600