“Neftçi” Sumqayıtda xal itirdi

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasının qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü baş hakim Fərid Hacıyev idarə edib.

Bu nəticədən sonra Bakı klubu 36 xalla 6-cı, “kimyaçılar” isə 30 xalla 8-ci yerdə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Səbail” “Araz-Naxçıvan”la, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa