“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Lüksemburq təmsilçisi “Differdanj” da qoşulub. Buna səbəb adıçəkilən komandanın ölkə kubokunu qazanması olub.
Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və ya Azərbaycanın bu turnirdəki digər komandası (“Qəbələ” və ya “Zirə”) isə Yunanıstan klubu “Aris”lə qarşılaşa bilər. Bir müddətdir mövqeyi qeyri-müəyyən olan salonikililərin püşkatmada səpələnmişlərdə olacağı dəqiqləşib.