Neftin qiyməti 60 dolları ötdü
“Brent” markalı neftin qiyməti 60 dolları ötüb. Musavat.com Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu alış-verişin nəticələri göstərib.
Bakı vaxtı ilə saat 22.52-yə olan məlumata görə, London birjasında “Brent” markalı neftin qiyməti 0,07% artıb və 60,30 dollara çatıb.
Nyu-York birjasında isə WTI markalı neft 3,17% ucuzlaşıb və bu markalı neftin bir barelinin qiyməti 49,20 dollara enib.