!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat problemlərini bitirəcək addım: "Düzgün idarəetmə formalaşarsa..." - Şərh

!Reklam – Yazi

“Sivil toplumlar problemlərini “sağ əlləri ilə sol qulaqlarını qaşıma”dan həll edirlər”.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsinə toxunan iqtisadçı Rövşən Ağayev qeyd edib.

O, vurğulayıb ki, nəqliyyat sahəsindəki problemlərdən qurtulmaq üçün demokratik və şəffaf seçki nəticəsində formalaşan şəhər yerli özünidarəsinin təşkili vacibdir:

“Uğurlu nümunələr göstərir ki, indiki sistem sərəncamlar, göstəriş və fərmanlar əsasında fəaliyyət göstərən, hesabatlı və kollegial olmayan icra hakimiyyəti sisteminin idarəçilik imkanları xaricindədir. Hökumət seçkili paytaxt idarəçiliyinin yaradılması zərurətini nə qədər tez qəbul etsə, belə problemlərdən daha tez can qurtarmaq mümkün olacaq. Əvvəla, qərarlar kollegial və ictimaiyyətin iştirakı ilə qəbul edildiyi üçün illərlə davam edən ekspermentlərə yer olmayacaq, hər bir qərar ictimai rəy öyrənilərək qəbul ediləcək. Nəticədə səhv qərarların qəbulu riski əhəmiyyətli dərəcədə azalacaq.

Digər tərəfdən, seçkili liderlər paytaxtı qışda qar, payızda-yazda yağış fəlakətindən qoruya bilməyəcəksə, tıxac əsarətindən qurtara bilməyəcəksə, növbəti dəfə kürsüyə sahib ola bilməyəcəyini öyrənəcək. Yəni indiki halda təyin olunmuş şəxs üçün belə qorxu yoxdur. Amma seçkili orqanın taleyini həll edən əsas meyarlardan biri məhz şəhərdə nəqliyyatın effektiv təşkilidir. Məsələn, seçilən şəxs metro xətti çəkilməli bir ərazidə yaxud yolötürücü körpü tikilməli olan hissədə bunu etməyəcəksə, həmin ərazidə səs almaqdan da əlini üzməlidir. Düzgün idarəetmə formalaşarsa, bu tip yerli əhəmiyyətli məsələlərlə ali icra hakmiyyətinin, dövlət başçısının məşğul olmasına, həmin problemlərə zaman və enerji xərcləməsinə də lüzum qalmayacaq. 21-ci əsrin sivil toplumları problemlərini bu qədər asan, “sağ əlləri ilə sol qulaqlarını qaşıma”dan həll edirlər”.

Gülşən Şərif

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv