Nərimanovun yubileyi keçiriləcək

media-hightechnic-468x90

92709Aprelin 14-də görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun 145 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəriman Nərimanovun xatirə ev-muzeyində keçiriləcək tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edəcək.

Tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. N.Nərimanovun ömür yolundan, ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii əsərlərindən söhbət açılacaq.

N.Nərimanov dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı da o, açıb. Ədəbiyyatçı kimi “Bahadır və Sona” əsəri ilə milli roman janrının, “Nadir şah”la isə ilk tarixi faciənin əsasını qoyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600