!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Netanyahunun bu sözləri REZONANS yaratdı – Baş nazir hansı yolu seçəcək?

!Reklam – Yazi

“İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı məhv etmək siyasətində geri addım atmır. O deyir ki, Qəzzanın bombardman edilməsi o vaxta qədər davam edəcək ki, HƏMAS bölgədə məhv edilsin”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi təhlilçi Elxan Şahinoğlu deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdə keçirdiyi mətbuat konfransı zamanı HƏMAS və Qəzza ilə bağlı söylədiyi fikirlərə və İsrailin regionda vəziyyəti daha da gərginləşdirməsinə münasibət bildirib.

E. Şahinoğlunun fikrincə, bu gün HƏMAS-ın tam məhvini reallaşdırmaq çətindir:

“Çünki bu barədə ABŞ-nin bir çox hərbi ekspertləri də qeyd edirlər ki, HƏMAS-ı tamamilə məhv etmək mümkün olmayacaq. Yəni HƏMAS yox olmayacaqsa, buna alternativ yollar tapılmalıdır. Lakin Netanyahu öz siyasətindən vaz keçmir. Üstəgəl, İsrailin hakim kabineti mühafizəkarlardan ibarətdir. Digər siyasi partiyalar da Netanyahudan qəti addımlar tələb edirlər. Ona görə də Qəzzada “qan gölü” və bombardmanlar davam edəcək. Lakin bu haçana qədər gedəcək, bunu söyləmək çətindir”.

O xatırladıb ki, ABŞ-də noyabrda prezident seçkiləri olacaq:

“Əgər respublikaçıların vahid namizədi Donald Tramp qələbə qazanarsa, əlbəttə ki, Netanyahuya mane olmayacaq. Amma demokrat Kamala Harris seçilsə, sözsüz ki, o da Co Baydenin siyasətini yürüdəcək. Çünki Bayden administrasiyası rəsmi Təl-Əvivin bu siyasətindən narazıdır, amma onu dayandırmaq üçün də heç bir addım atmırlar. Ona görə ki, ABŞ-də güclü yəhudi lobbisi mövcuddur onlar İsrailə mütəmadi dəstək verirlər. Bu baxımdan, Yaxın Şərqdəki vəziyyət hələ bir müddət də gərginliyini qoruyacaq”.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə keçirdiyi mətbuat konfransında verdiyi açıqlama ilə rezonansa səbəb olub. Belə ki, o, son açıqlamasında HƏMAS ilə danışıqların baş tutmadığını və döyüşlərin intensiv şəkildə davam etdirəcəyini bildirmişdi.

Rafi Müslümov

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv