Niderland səfiri Rusiya XİN-ə çağrıldı

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyi Niderlandın səfiri Joanneke Balfoortu çağırıb.

media-banner_tkm

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin saytında müvafiq məlumat dərc olunub.

Niderland diplomatik missiyasının rəhbərinə sərt etiraz edilib. Buna səbəb kimi Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasından irəli gələn beynəlxalq öhdəlikləri Haaqanın pozması göstərilib.

“Fevralın 24-də Rusiyanın Haaqadakı səfirliyi qarşısında Niderland hakimiyyətinin razılığı və Krallığın hüquq-mühafizə orqanlarının tam hərəkətsizliyi ilə diplomatik nümayəndəliyin işini faktiki olaraq əngəlləyən anti-Rusiya etiraz aksiyası keçirilib”, – Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05