Niderland səfiri sərhədimizə gəldi

media-hightechnic-468x90

Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib.

Yenicag.az xəbər verir ki, bu barədə missiyanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Ermənistandakı Niderland səfiri xanım Marike Monro Vinteri AB missiyasının ofisində qəbul etmək böyük şərəfdir. Ona missiyanın yerindəki fəaliyyəti barədə məlumat verilib. O, Niderlanddan olan əməkdaşlarla görüşdü və Xaçik kəndi ərazisində patrul xidmətinə qatıldı. Hazırda AB missiyasında 7 niderlandlı ekspert çalışır,” – paylaşımda qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa