Niderland Ukrayna üçün PUA istehsalına bu qədər xərcləyəcək - ŞOK MƏBLƏĞ
Niderlandın Müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius çərşənbə günü bildirib ki, ölkəsi Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 248 milyon avro (293 milyon dollar) xərcləyəcək.
Yenicag.az xəbər verir ki, müdafiə naziri bu barədə Berlində NATO ölkələrindən olan həmkarları və alyansın baş katibi Mark Rütte ilə görüşdən sonra qeyd edib.
“Dronlar müasir döyüş meydanında həlledici rol oynayır. Ukraynalılar Rusiyanın səngiməyən hücumlarını dəf etmək üçün onlardan inanılmaz məharətlə istifadə edirlər”, – nazir bildirib.
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitakerin fevral ayında açıqladığı məlumatlara görə, NATO müttəfiqləri artıq Ukraynaya 4,5 milyard dollardan çox hərbi texnika təmin ediblər.












