Adətən, şou-biznes tədbirlərinə həyat yoldaşı ilə birgə qatılır. Amma bununla belə onu fotokameralardan uzaq tutur. Bu xanım başqalarına dəbi diktə edən, tanınmış vizajist Nigar İbrahimovadır.
Onun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Həyat yoldaşınızla çox yerə bərabər gedirsiniz, deyəsən qısqancdır…
– O da Azərbaycan kişisidir. Bilir ki, mən hər şeyi limitində istifadə edirəm. Yararsız heç nəylə məşğul olmuram. Tək də getsəm, cüt də… o, həmişə mənə güvənir. Səhvim olsa, yəqin ki, aramızda söz-söhbət baş verər. Allaha şükür, mehribanıq. Bəli, çox yerə bərabər gedirik, əgər ailəliyəmsə, niyə tək gedim? Həyat yoldaşım şou-biznesdə olan bir çox kişi müğənniləri ilə də dostluq edir.
– Sizə qadağaları olurmu?
– Geyimimə, oturuşuma-duruşuma fikir verirəm. Kişi dostlarımı da tanıyır: bir evdə eyni qazandan yemək yediyimiz insanlardır. Ağlı başında olan adamlarıq. Hüzurumuz pozulmasın deyə səhv hərəkətə yol vermirik.
– İradları olmur yəni?
– Olanda olur. Məni zarafatla başa salır, mən də sözümü götürürəm. Heç vaxt mənə nəyisə sərt formada deməyib. Anladıb ki, bunu xoşlamıram, bir də olmasın.
– Hər hansı mübahisəniz düşəndə fikirlərinizi yeritməyə çalışırsız?
-Yox, kin saxlamadan, dava etmədən fikirlərimizi bölüşürük.
– Qısqanırsızmı?
– Qısqanclıq yox, nəyisə hörmətsizlik kimi qəbul edə bilərəm.15 yaşım yoxdu axı. Hesab edirəm ki, qısqanclıq qadının zəifliyidir. Qadın kişini qısqanmamalıdır. Qadın özünün dəyərini, statusunu bilməlidir. Özünə güvənməyən qadınlar qısqanc olurlar.
– Hansınız daha çox pul qazanır?
– Bunun dəxli yoxdur, əsas odur ki, büdcəmiz birdir.
– Həyat yoldaşınız sizdən az pul qazananda, bunu üzünə vurursuz?
– Heç vaxt, bu, böyük tərbiyəsizlikdir.
– Hansınızın avtomobili daha bahalıdır?
– İkimiz də eyni qiyməti olan maşın idarə edirik.
– Markası nədir?
– Qimətini və markasını söyləmək istəmirəm, çünki insanlar yaxşı qəbul etməyəcək. Məncə, belə şeyləri dilə gətirmək ayıbdır. Amma deyim ki, 5 ildir bir maşını sürürəm.
– Heç həyat yoldaşınızın geyim seçiminə müdaxilə edirsiniz?
– Yox, sadəcə olaraq alternativlər söyləyirəm. “Bu, yaxşıdır, bu, pisdir”- deyə, bir-birimizlə məsləhətləşirik. Fikirlərimiz adətən, üst-üstə düşür.
– Evdə söz-söhbət olanda güzəştə birinci kim gedir?
– İkimiz də “qoç”uq. Heç birimiz ilk addımı atmırıq.
– Bəs necə barışırsınız?
– Qızımız barışdırır.
– İkinci uşaq istəyiniz var?
– Oğlan, ya qız?
– Fərqi yoxdur, oğlan, ya qız, sağlam olsun.
– Başqaları sizin zövqünüzlə hesablaşır, bəs özünüz?
– İldə bir dəfə Avropaya gedirəm, master-klasslar keçirik, seminarlarda iştirak edirəm, dəblə bağlı məlumatlanıram.
– Bir dəfə müsahibənizdə bəstəboylu olduğunuz üçün dikdabanlardan istifadə etdiyinizi demişdiniz…
– Bəli, bu, realdır. Amma son vaxtlar dikdabanlara “yox” deyirəm. Çünki hərəkətli həyat tərzim var. Daim saat arxasınca qaçıram. Vaxtı çatdıra bilmirəm.
– Uğurlu qadın olmağın sirri nədir?
– Xanımlara məsləhət görürəm ki, heç vaxt evdə oturmasınlar. Əgər hər hansı bir yaradıcılıq istedadları varsa, məşğul olsunlar. Özlərinə və istedadlarına güvənsinlər. Xanımın gücü həm də onun pul qazanmağındadır.
– Yəni sosial status mütləqdir?
– Mən işləyəndə sosial statusumu düşünmürdüm. Qadının ayaqları üstündə durması üçün ilk növbədə öz pulqabısı olmalıdır; atadan, qardaşdan, kişidən asılı olmamalıdır. Asılı olarsa, qadın əzilər.
– Sizcə, Azərbaycanda ən dəbli və ən zövqsüz müğənni kimdir?
– Azərbaycanda dəbsiz müğənni yoxdur.
– Bəs ən dəblisi kimdir?
– Biri elə bacım İradə, Tünzalə Ağayeva, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya,
– Bəs kişi müğənnilərdən?
– Ədalət Şükürov, Faiq Ağayev, Nadir Qafarzadə, Samir Piriyev, Vasif Məhərrəmli, Zamiq Hüseynov.
– Sizə dolu bədən yaraşır. Arıqlamaq istəmirsiz?
– Əlbəttə istəyirəm. Bunun üçün meditasiya ilə məşğul oluram. Nəticəsini də inşallah görəcəksiniz.
Cəvahir Səlimqızı
www.yenicag.az