Nigar Şabanova: “Nənəm deyirdi, çirkin qızların bəxti gözəl olur”
“Nənəm deyirdi ki, Allah gözələ çox şey verir, çirkinə isə yalnız bir şey – gözəl həyat”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Pərvizə görə” verilişində deyib.
Sənətçi gözəl xanımların bəxtsiz olması barədə fikirlərini belə əsaslandırıb:
“Nənəm deyirdi ki, bala, Allah gözələ çox şey verir, çirkinə isə bir şey verir – gözəl həyat. Qadına nə lazımdırsa, o, çirkindən alır və ona gözəl ailə, gözəl tale bəxş edir. Hətta elə ailə başçısı verir ki, evin içini də qadın yox, elə kişi idarə edir. Təəssüflər olsun ki, hər şeyi yerli-yerində olan, gözəl-göyçək xanımların taleyi bəzən gətirmir”.
Nehru













