Nişanə TƏƏSSÜFLƏNDİ: “Elə şeyləri görəndə utandığımdan...”
“El şənliyinə gedirəm, görürəm sənətkar gəlir, amma ona oxumağa imkan vermirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri muğam ifaçısı Nişanə Baxışova “İncəSəhər” verilişində deyib.
Sənətçi gənc müğənnilərin sənətkarlara qarşı hörmətsiz davranışından təəssüf hissi keçirdiyini bildirib:
“Ustadlarımızı görəndə danışmaq nədir, heç yanlarında oturmazdıq; ayaq üstə durardıq. Yalnız oturmağımızı buyurduqları zaman əyləşərdik. Biz belə tərbiyə görmüşük. İndi isə vəziyyət fərqlidir. El şənliyinə gedirəm, sənətkar gəlir, lakin ona oxumağa imkan vermirlər. Hansı ki, o sənətkarın mənim kimi milyonlarla tələbəsi var. Sənətkara qarşı belə münasibəti görəndə utandığımdan məclisi tərk edirəm. Biz heç vaxt belə olmamışıq. Heç kim sığortalanmayıb; sabah, birigün bizə necə münasibət bəslənəcəyini bilmək olmaz. Ona görə də sənətkara hörmət etmək lazımdır”.
Nehru













