!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nissan”ın rəhbəri istefa verdi

!Reklam – Yazi

Sentaybrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, onun əvəzedicisi cari il oktyabrın sonlarında təyin ediləcək. Onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək.

Qeyd edilir ki, yüksək məbləğdə mükafatlar aldığını bu günlərdə etiraf edən H.Saikavanın istefası şirkətin gəlirlərinin bərabərləşdirilməsi və Fransanın “Renault” şirkətilə əməkdaşlığının möhkəmləndirilməsi ilə əlaqələndirilir. Daxili araşdırmalar zamanı H.Saikavanın əsassız olaraq 47 milyon yen (təqribən 434 min dollar) məbləğində mükafat aldığı məlum olub.

“Nissan”ın yeni müvəqqəti başçısının qarşısında şirkətin “Renault” ilə əlaqələrini möhkəmləndirmək, rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi mühüm vəzifə durur.

Yaponiyanın avtomobil istehsalı sahəsində ikinci yeri tutan “Nissan” şirkəti qarşıdakı 3 ildə 12,5 min işçinin ixtisarı planını elan edib.

Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır.

 

COP29

www.yenicag.az

2659
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv