Niyam Səlamidən 10 illik efir qadağası ilə bağlı ETİRAF: "Bülənt Ərsoya görə məni .."
“Buna görə 10 il ərzində televiziyaya buraxılmadım”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Niyam Səlami “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Sənətçi türk mahnıları ifa etdiyi üçün efir qadağası ilə üzləşdiyini bildirib:
“Sovet dönəmindən sonrakı keçid dövründə verilişlərə gedəndə məni efirə buraxmadılar. Səbəb isə türk mahnıları oxumağım idi. ‘Türk mahnıları ifa edir’ deyib, düz 10 il televiziyalara çıxmağıma icazə vermədilər. Həmin ərəfədə Bülənt Ərsoy və Adnan Şənsəsin repertuarından bir çox mahnıları səsləndirirdim. Tamaşaçılar məni ilk dəfə “Üzünü görəməm” mahnısı ilə tanıdılar. O vaxt mən bununla türkçülüyü, millətçiliyi təbliğ edirdim”.
Nehru













