Nizami ilə Mirhüseynin həbs xəbəri təsdiqləndi - Klub prezidentindən açıqlama

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” futbol klubunun iki futbolçusu – Nizami Hacıyevlə Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanııb.

Yenicag.az xəbər verir ki, hər iki oyunçu danışılmış oyunlarda şübhəli bilinir. Məlumatı saytımıza açıqlamasında klub prezidenti Zaur Axundov da təsdiqləyib. O, qeyd edib ki, hazırda yarımmüdafiəçilər barəsində araşdırma aparılır. Fakt öz təsdiqini tapacağı halda, Seyidovla Hacıyev cəzalandırılacaqlar.

Bundan başqa Zaur Axundov qeyd edib ki, adıçəkilən futbolçularla bağlı hüquq-mühafizə orqanlarına məlumat klub tərəfindən verilməyib. O, futbolçuların harada saxlanılmasından xəbərsiz olduğunu söyləyib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600