!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O qüvvələrin əsas məqsədi xaricdən “qara maliyyə” əldə etməkdir” – Politoloq

!Reklam – Yazi

“Bu mübarizənin tərəfləri sadəcə, daxildə və ölkə xaricindəki bəzi dairələr qarşısında reytinq qazanmağa çalışırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Şuranın sosial şəbəkələrdə yayılan videokonfransında iştirak edənlərin hər hansı etik çərçivə tanımamalarına münasibət bildirən politoloq Zaur Məmmədov deyib.

Zaur Məmmədovun sözlərinə görə, Milli Şuranın rəhbərliyində təmsil olunanların söyüş leksikonundan gen-bol istifadə etmələri cəmiyyətdə adekvat reaksiya doğurur:

“Təəssüf ki, tarixin yenidən təkrarlanmasının şahidiyik. 1918-20-ci illər və 1990-cı illərin əvvəllərində xarici düşmənə qarşı birgə mübarizə aparmalı olan qüvvələr arasında baş verən daxili çəkişmələr yenidən müşahidə olunmaqdadır.

Bu gün ayrı-ayrı şəxslər tərəfindən daxili gərginliklərə şərait yaradılır. Azərbaycan ciddi çağırışlarla üz-üzədir və indiki şəraitdə daxili həmrəyliyə ciddi ehtiyac var. Siyasi partiyalar arasında mübarizə normal sayılsa da, bu rəqabətin sağlam əsasda aparılması vacibdir.

İndiki vəziyyətdə müxalifət daxilində qarşıdurmanın daha da gücləndiyi, qarşılıqlı ittihamların artdığı görünür. Bu mübarizənin tərəfləri sadəcə, daxildə və ölkə xaricindəki bəzi dairələr qarşısında reytinq qazanmağa, “qara maliyyə” əldə etməyə çalışırlar.

Lakin həmin qüvvələr Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə olduğu indiki dövrdə səhv mövqedədirlər. Gələcək nəsillər hazırda gedən proseslərə görə əksər insanları bağışlamayacaq. Qarşıdakı beş il ərzində Cənubi Qafqaz siyasi proseslərlə zəngin olacaq və Azərbaycan hadisələrin mümkün inkişafına indidən hazır olmalıdır”.

Gülşən Şərif

COP29

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv