“O sərəncam Qarabağ savaşı iştirakçılarına da şamil edilsin”

media-hightechnic-468x90

56a883c2485f“Belə addımlar Qarabağ iştirakçılarına da şamil edilsə yaxşı olar”.

Hərbi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında prezidentin veteranlar üçün nəzərdə tutulan 800 manat birdəfəlik yardımı barədə sərəncamını belə şərh etdi.

Ekspert bildirir ki, dövlət başçısının 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı artıq bir ənənə halını alıb və son illər mütəmadi olaraq bu istiqamətdə addımlar atılır.

“Nəzərə alsaq ki, bu il həmən müharibənin 70 illik yubileyi qeyd ediləcək, 700 minə yaxın Azərbaycanlının da iştirak etdiyi bu qanlı savaşla bağlı həm ölkəmizdə, həm də xaricdə çoxsaylı tədbirlər keçirilir və keçirilməkdədir. Həmən müharibənin iştrakçısı olmuş şəxslərin özlərinə və ya ailə üzvlərinə 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir. Əlbəttə ki, bu indiki şəraitdə həm diqqət, həm də bu kateqoriyadan olan şəxslərə bir maddi dəstəkdir”-deyə Üzeyir Cəfərov sözlərinə əlavə edib.

“Hesab edirəm ki, belə addımlar Qarabağ və digər savaşlarda iştirak etmiş müharibə iştrakçıların da özlərinə, yaxınlarına şamil edilsə, yaxşı olardı. Prinsip etibarı ilə bu insanlara da çoxsaylı güzəşt və imtiyazlar verilir, amma ildə heç olmazsa bir dəfə belə yardımlar maliyyə imkanları çərçivəsində göstərilsə, yaxşı tərbiyyəvi əhəmiyyət daşıyar. Bu işlərin görülməsində isə Dövlət Sosial Müdafiə Fondu və digər müvafiq qurumların üzərinə də böyük məsuliyyət və yük düşür”-hərbi ekspert xüsusilə vurğulayıb.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600