“O şəxslərin beyninə betondan konsepsiyalar …“

media-hightechnic-468x90

gggggg“Azərbaycanda təhsilin inkişafı üçün qəbul olunan Dövlət Strategiyasında inklüziv təhsil sahəsinin ölkəmizdə daha da genişlənməsi xüsusilə öz əksini tapıb. Orada cəmiyyətin bütün təbəqələrinin inklüziv təhsillə əhatə olunması üçün bir sıra məsələlər qoyulub”.

Bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, burada iki əsas məqam ondan ibarətdir ki, bu mövzunun (inklüziv) inkişaf etdirilməsində təhsilin çox böyük rolu var:

“İnklüziv cəmiyyətin yaradılmasında təhsilin çox böyük rolu var. Bu gün müşahidə etdiyimiz proseslər onu göstərir ki, yeni peşələrin sayı artır. Aparılan araşdırmalara əsasən bu gün 9 yaşı olan uşağın hazırda mövcud olmayan peşələrdən seçim imkanı təxminən 80 faizə bərabərdir. 22-23 yaşında bir şəxs işə başlayanda onun seçdiyi peşəni biz 90% tanımırıq, o peşə hələ yaranmayıb. Futuroloqların proqnozlarına görə, peşələrin 80 faizi bu gün tanınmayan peşələr qrupuna daxildir. Bu da təhsil sistemi qarşısında böyük sual qoyur. Əgər bu gün cəmi 20 faizi iş yerləri ənənəvi iş yerləri olacaqsa, 80 faizi isə futuroloqların dedikləri kimi tanınmayan peşələr olacaqsa, biz şagirdləri məktəblərdə nəyə hazırlayaq? Əgər insanın təhsilə yanaşması çevikdirsə, o ətrafında olan reallığa daha tez uyğunlaşa bilər. Belə deyək ki, o şəxslərin beyninə betondan konsepsiyalar yeridilməyibsə və onlar bunun girovu deyilsə, bu zaman təhsilə çevik yanaşmaqdan söhbət açmaq olar”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600