!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oğlu “Arsenal”da oynayan futbolçunun yoxsul anası

!Reklam – Yazi

İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Meytlend-Naylsın anası oğlunun ona heç bir yardım etməməsindən şikayətlənib.

Yenicag.az xəbər verir ki, “Mirror” nəşri sözügedən oyunçunun anasının hazırda yoxsulluqdan əziyyət çəkdiyini, onun cəmi 3 kvadrat metrlik metal konteynerdə yaşadığını yazıb.

“Oğlum Eynsli mənə cəmi iki həftəlik qazancı ilə mənzil ala bilər. Amma pul onun başını döndürüb. O, “Arsenal”da oynasa da, mən dolana bilmirəm. Bu, çox dəhşətlidir. Sadəcə, onu bilmək istərdim ki, mən oğluma nə etmişəm ki?”

Qeyd edək ki, Meytlend-Nayls həftəsinə 30 min funt-sterlinq qazanır. O, 700 min funt-sterlinqlik mənzildə yaşayır.

Futbolçunun özü və klub məsələyə heç bir münasibət bildirməyib.

www.yenicag.az

4604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv