Oğul atadan şikayət etdi
Fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov rayon Polis Şöbəsinə müraciət edərək fevralın 1-də həyətinə gələn atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açmasını bildirib.
Yenicag.az bildirir ki, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Əlif Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirib.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən İlqar Sultanovun şəhər ərazisindəki evlərdən birində qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilib. Oraya baxış zamanı oyun çekləri, “Postleks” markalı çek aparatı, televizor, noutbuk, istifadə olunmamış lotereyalar aşkar edilərək götürülüb.
Fevralın 2-də Bakı şəhər sakini Hüseyn Onullahiyə məxsus mağazada, paytaxt sakini Əli Cəfərovun alış-veriş etdikdən sonra verdiyi 20 manatlıq əsginasın saxta olması müəyyən edilib. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən Ə.Cəfərovun üzərinə baxış zamanı 3 ədəd saxta 20 manatlıq əsginas da aşkar edilərək götürülüb.
(modern..az)