Ölənlərin sayı on nəfərə çatdı

media-hightechnic-468x90

47e43a06e65f791136a3a7ab18c52036Rusiyanın Kazan şəhərində güclü yanğın baş vermiş “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı aşkarlanan cəsədlərin sayı 10-a çatıb.

Bu barədə Rusiya FHN-nin Tatarıstan üzrə Baş İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilib.

“13.03.2015-ci il saat 05.00-a olan məlumata görə, ölənlərin sayı 10 nəfərdir… Bu gün 04.58-də şəxsiyyəti məlum olmayan daha bir kişi meyiti aşkarlanıb. Xilasedicilər hadisə yerində dağıntıların yığışdırılmasını davam etdirirlər”, deyə məlumatda bildirilir.

“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa