“Koronavirus pandemiyası ilə əlaqədər insanların kütləvi şəkildə test edilməsinə ehtiyac yoxdur”.
Dünyanı təhdid altında saxlayan koronavirus pandemiyasının miqyası böyüməkdə, bu qoxunc xəstəliyə yoluxanların və ölənlərin sayı isə artmaqdadır. Azərbaycanda da yayılan koronavirusa yoluxanların sayı artıq 147 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxmadan 3 ölüm faktı qeydə alınıb.
Yaranmış vəziyyət koronavirusa yoluxma hallarının vaxtında aşkarlanması üçün zəruri tədbirlərin həyata keçirilməsini xeyli aktuallaşdırıb. Bu sırada irəli sürülən təkliflərdən biri də vətəndaşların kütləvi şəkildə testdən keçirilməsidir.
Məsələ ilə bağlı Yenicag.az-a danışan professor Adil Qeybulla bildirib ki, vətəndaşlarımız mövcud şəraitdə qaydalara əməl etməklə, koronavirus təhlükəsinin qarşısının alınmasında əsas rola malikdirlər:
“Əsasən, karantində olanlar və xüsusi şübhə ilə müraciət edən şəxslərin test edilməsi daha məqsədəuyğundur. Bütün hallarda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.
Ölkədə Fövqəladə vəziyyətin elan olunması isə Operativ Qərargahın aldığı məlumatlar əsasında tətbiq oluna bilər”.
Gülşən Şərif
www.yenicag.az