“İrəli sürdüyümüz təkliflərin nə dərəcədə nəzərə alındığını zaman göstərəcək”.
Bu fikirləri ölkədə siyasi partiyalar haqqında qanunun və seçki qanunvericiliyinin dəyişdirilməsinə yönəlik müzakirələrə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
ASDP sədrinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat siyasi partiyalar haqqında qanunun dəyişdirilməsinə yönəlik mövqeyini artıq bildirib:
“Hesab edirəm ki, siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun yeni şəraitə uyğunlaşdırılmasına ehtiyac var.
O baxımdan, bu məsələ müzakirəyə çıxdıqdan sonra biz də mövqeyimizi ifadə etmişik.
Qeyd edim ki, siyasi partiyalar haqqında qanunun dəyişdirilməsi çərçivəsində biz də üç təklif hazırlayıb göndərmişik.
O ki qaldı seçki məsələsinə, ölkədə seçki sisteminin dəyişdirilib-dəyişdirilməməsi mənim üçün aktual deyil. Ona görə də bu barədə təklif verməmişik.
İrəli sürdüyümüz təkliflərin nə dərəcədə nəzərə alındığını zaman göstərəcək”.
A.Zeynalov
www.yenicag.az