!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə siyasi dəyişikliyi həyata keçirəcək qüvvə yoxdur” – Sultanbek Sultanqaliyev

!Reklam – Yazi

“Qərb, Rusiya və Çin Qazaxıstanda status-kvonun saxlanmasında maraqlıdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qazaxıstanda 2019-cu ildə gözlənilən əsas siyasi-iqtisadi prosesləri dəyərləndirən politoloq Sultanbek Sultanqaliyev deyib.

Sultanqaliyevin sözlərinə görə, Qazaxıstanda köklü siyasi dəyişikliyə nail ola biləcək qüvvə mövcud deyil:
“Qazaxıstanın inamla daxil olduğu 2019-cu il bizim ölkə üçün müəyyən mənada taleyüklü ola bilər. 2019-cu ildə Qazaxıstanda siyasi böhrana səbəb ola biləcək ciddi sosial təlatümün yaşanacağı gözlənilmir.

Bunun əsas səbəblərindən biri mental ənənələr, digəri isə Qazaxıstanda siyasi dəyişikliklərin baş verməsi üçün katalizator rolunu oynayacaq siyasi qüvvənin olmamasıdır.

Dünyada cərəyan edəcək proseslərin Qazaxıstana mümkün təsirinə gəldikdə isə burada sadəcə, enerji daşıyıcılarının ucuzlaşması nəticəsində bizim xammal iqtisadiyyatına dəyə biləcək zərbədən danışmaq olar.

Qazaxıstanın çoxvektorlu siyasəti, o cümlədən, Qərb, Rusiya və Çinin bizim ərazidə status-kvonun saxlanmasında maraqlı olması da ölkədə sabitliyin pozulması ehtimalını aradan qaldırır”.

Qafqaz Ömərov

www.yenicag.az

3008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv