Ölkəyə qayıdan kimi həbs olundu
Madaqaskarın keçmiş lideri Mark Ravalomanana ölkəyə qayıdanda həbs olunub.
O, 2009-cu ildə hakimiyyətdən hərbi yolla devriləndən sonra ilk dəfə Madaqaskara gəlib.
M.Ravalomanana 2009-cu ildən bəri Madaqaskara qayıtmağa bir neçə dəfə cəhd etmişdi, ancaq hər dəfə hakimiyyət bunun qarşısını almışdı. Hakimiyyət onun gəlişinin sabitliyi pozacağından ehtiyat edirdi.
“Mən sülh və demokratiyanı müdafiə etməyə gəlmişəm. Ancaq əsas olan kasıblıqla mübarizədir”, – deyə Ravalomanana bildirib. (anspress.com)